Mərkəzi Bankda “Beynəlxalq Maliyyə və Hesabatlıq Standardları” mövzusunda seminar keçirilir

Mərkəzi Bankda “Beynəlxalq Maliyyə və Hesabatlıq Standardları” mövzusunda seminar keçirilir

Mərkəzi Bankda bank nəzarətçiləri üçün Beynəlxalq Maliyyə və Hesabatlıq Standardları (BMHS) mövzusunda 2 həftəlik seminar təşkil olunub.

Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, yanvarın 17-28 tarixlərində xarici ekspert BMHS üzrə təlimçi Syuzan Tetford tərəfindən keçirilən seminar BMHS-nin nəzəri və praktiki tərəflərinin, o cümlədən maliyyə alətlərinin tanınması, ölçülməsi və təqdimatı, maliyyə hesabatlarının təqdimatı, nağd pul axını cədvəli, konsolidasiya olunmuş maliyyə hesabatları, maliyyə alətləri üzrə açıqlama tələbləri və digər mövzuları əhatə edir.

Seminarda Mərkəzi Bankın və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə