Xankişi Kişiyev: “ATS-lərin rekonstruksiya işləri cari ildə də davam edəcək”- AÇIQLAMA

Xankişi Kişiyev: “ATS-lərin rekonstruksiya işləri cari ildə də davam edəcək”- AÇIQLAMA
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun hazırlanan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) aid "Tədbirlər planı"nın müvafiq bəndlərinin icrası ilə əlaqədar hazırda istismarda olan və müasir tələblərə cavab verməyən analoq tipli ATS-lərin tam rekonstruksiyası işləri davam etdirilməyə başlanıb. Bu barədə SİA-ya qurumun baş direktor müavini Xankişi Kişiyev açıqlamasında deyib. O bildirib ki, hazırda rekonstruksiya işlər 494 - 495, 438- 439 nömrəli ATS-lərdə aparılır.

Onun sözlərinə görə, rekanstruksiya vasitəsilə abunəçilərin telefon xətləri ATS-lərə yaxınlaşdırılır: "Çünki, genişzolaqlı internet vasitəsilə sürətli internet əldə etmək üçün abunə xətti məsafəsi qısa olmalıdır. Abunəçinin internetə qoşulması məsafənin qısa olması vacibdir, əks halda internetin sürəti aşağı düşür. Rekonstruksiya zamanı xətlərin yaxınlaşdırılması üçün yeni satansiyalar qurulur. Stansiyalar qurulduqda da abunəçilərin nömrələri dəyişilir. O məcburidir".

Bu işlərin cari ildə davamlı olacağını deyən direktor müavini vurğulayıb ki, şəhər inkişaf etdikcə, yeni binalar, biznes mərkəzləri tikildikcə həmin yerlərin internetlə təmin olunması ilə əlaqədar kiçik tutumlu stansiyaların tikilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə