Elmir Vəlizadə: “Azərbaycanda əhalinin 45 faizi internet istifadəçisidir”- AÇIQLAMA
"Azərbaycanda internet xidmətlərinin qiymətinin aşağı düşməsi dinamik prosesdir. Bu, eyni zamanda ötən il ərzində də müşahidə olunub". SİA-nın verdiyi xəbərə görə, bu barədə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Xəzər-Avropa İşgüzar İnteqrasiya Klubunun (CEİBC) "İKT Klubu"nun toplantısında bildirib.
O bildirib ki, nazirliyin əsas məqsədi hər bir vətəndaşın münasib qiymətlə internet xidmətlərindən istifadəsini təmin etməkdir. Onun sözlərinə görə, Azərbaycanda internet xidmətlərinin bugünkü qiymətləri bölgə və eyni zamanda region üzrə orta qiymətlərə uyğundur, bəzi ölkələrdənsə, bir qədər də aşağıdır. Nazir müavini vurğulayıb ki, hazırda Azərbaycanda əhalinin 45 faizi internet istifadəçisidir: "Bu da o deməkdir ki, hər 100 nəfərə 40-45 internet istifadəçisi düşür. Onlardan da 12 faizi genişzolaqlı internet istifadəçisidir".
Çıxışı zamanı ölkədə internetin sürətinə də toxunan E. Vəlizadə bildirib ki, əgər 2009-cu ildə ölkəyə daxil olan internetin sürəti 1 Gbit/s idisə, 2010-cu ildə bu rəqəm 40 Gbit/s-yə çatıb.
2011-ci ildə regionlarda yeddi rəqəmli telefonlara keçidlə əlaqədar yayılan məlumata da toxunan nazir müavini bununla bağlı məlumatsız olduğunu deyib. O bildirib ki, əgər belə bir iş olarsa, o zaman bütün ölkə ərazisini əhatə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB