Şəmkir rayonunda sahələrdən 116306 ton kartof götürülüb

Şəmkir rayonunda sahələrdən 116306 ton kartof götürülüb
Ötən təsərrüfat ilində Şəmkir rayonunda 13 min 82 hektar sahədə kartof, bostan və tərəvəz (örtülü torpaqlarda əkilən tərəvəz də daxil olmaqla) əkilib. Şəmkir Rayon Statistika İdarəsindən SİA -ya verilən xəbərə görə, həmin sahələrdə 6499 hektar kartof, 268 hektar bostan, 6315 hektar tərəvəz əkilib. Məhsuldarlıq ilində sahələrdən 116 min 306 ton kartof, 6175 ton qarpız, 230 min 17 ton tərəvəz məhsulu yığılıb. Tərəvəz əkininin 5291 hektarı açıq, 1024 hektarı isə örtülü torpaqlarda aparılıb. Açıq əkin aparılmış torpaqlardan 106 min 203,9 ton, örtülü əkin aparılmış torpaqlardan isə 123 min 813,1 ton tərəvəz məhsulu yığılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə