Cari ildə Microsoft Azərbaycanda yeni Windows 7 əməliyyat sistemini təqdim edib. Bu barədə SİA-ya Şirkətin rəsmisi məlumat verib. O bildirib ki, bu il həmçinin Windows 7-nin Azərbaycan dilli versiyası da təqdim edilib. Onun sözlərinə görə, Windows 7-nin lokallaşdırılması nəticəsində Microsoft məhsullarında istifadə olunan komanda və sözlərdən ibarət Azərbaycan lüğəti (Glossary) yaradılıb və interfeys Azərbaycan dilinə lokallaşdırılıb (Language Interface Pack).
O vurğulayıb ki, 2010-cu ildə həmçinin Microsoft Azərbaycan şirkəti Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və HP şirkətilə birlikdə, eləcə də yerli tərəfdaşları olan Bestcomp və ULTRA şirkətlərinin dəstəyi ilə əhalinin müxtəlif təbəqələrinin yüksək keyfiyyətli kompüter və lisenziyalı proqramlarla təmin olunmasına istiqamətlənən "Xalq Kompüteri" layihəsinin yeni mərhələsinə başlayıb.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində Microsoft şirkəti Azərbaycanda yerli innovativ müəllimlər müsabiqəsini keçirir. Sözügedən müsabiqənin qalibləri ölkəni Avropa və dünya forumlarında təmsil edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB