Liftdən istifadəyə dair ödənişlər onlayn şəkildə həyata keçiriləcək. Xezerxeber.az-ın məlumatına görə, bunu "Lifttəmir" İstehsalat Birliyinin baş mühəndisi Mehdi Hüseynov deyib. Onun sözlərinə görə, lift ödənişləri ilə bağlı təklif hazırlanır. Layihəyə əsasən ödənişlərin nağd yox, onlayn şəkildə həyata keçirilməsi nəzərdə tutulub.
Hazırda rəqəmsal ödənişlərlə bağlı təfərrüatlar müzakirə olunur. Layihə hazır olduqdan sonra hökumətə təqdim ediləcək. Tariflərdə isə heç bir dəyişiklik olmayacaq. Mehdi Hüseynov bildirib ki, hazırda Bakıda Dövlət Mənzil Fonduna aid 5300 lift fəaliyyət göstərir. Sakinlərin müraciətlərinə operativ reaksiya vermək üçün ərazi üzrə idarələrdə dispetçer məntəqələri də tam bərpa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB