Azərbaycan dinamik inkişaf yolundadır TƏHLİL

Azərbaycan dinamik inkişaf yolundadır TƏHLİL

Qlobal hesabatlarda irəliləyişlərin əldə edilməsi, ən yüksək pillərlədə qərarlaşmaq ölkəmiz üçün artıq ənənə halını alıb. Hər il ölduğu kimi bu il də “Doing Business” hesabatında əldə olunan irəliləyiş bu ənənəyə sadiqliyi təsdiq edir və bu tendensiyanı şərtləndirən Azərbaycanın dinamik inkişafıdır.

Azərbaycanın irəliləyişi “Doing Business 2018” hesabatında da nəzərəçarpacaq dərəcədə idi və 190 ölkə arasında 57-ci pillədə qərarlaşmaq özü belə yüksək göstərici hesab olunur. Bu göstəriciyə əsasən ölkəmiz 1 il əvvəllə müqayisədə 8 pillə irəliləyərək 57-ci yerə yüksəlməşdisə, deməli, ötən ilin nəticələri belə artım və inkişafın davamlı olduğunu təsdiqləyir. Artıq sonuncu hesabatda, yəni Dünya Bankı tərəfindən hazırlanan “Doing Business – 2019” reytinq cədvəlində Azərbaycanın 32 pillə irəliləyərək, 57-ci yerdən 25-ə yüksəlməsi isə həqiqətən də çox uğurlu nəticədir və əhəmiyyətli artımdan, sürətli inkişaf dinamikasından xəbər verir.

Sahibkarlığın daha geniş şəkildə dəstəklənməsi siyasəti öz uğurlu nəticələrini ən qısa zamanda verməklə bu siyasətin doğruluğunu təsdiqləyir

Nəzərə almaq lazımdır ki, bir neçə il bundan qabaq neftin dünya bazar qiymətləriylə əlaqədar, iqtisadi cəhətdən tənəzzül hökm sürürdü və bunun neft ixracatçısı olan Azərbaycanın iqtisadi inkişafına təsiri də inkar edilə bilməz. Hətta ölkə iqtisadiyyatının birdən-birə geriləcəyi də proqnozlaşdırılırdı. Makroiqtisadi sabitliyin belə, əldən getmək təhlükəsi də var idi. Məhz bu ərəfədə, bu şəraitdə neftdən asılılığın minimuma endirilməsi aktuallığı ən prioritet məsələyə çevrildi və 2017-ci il ölkə iqtisadiyyatında sabitlik ilinə çevrildi desək yanılmarıq. Çünki, bunu həmin ildə ölkəmizin “Doing Business” hesabatı üzrə 8 pillə irəliləyişi özü belə təsdiq edir.
Ölkəmizdə sahibkarlığın daha geniş şəkildə dəstəklənməsi siyasəti öz uğurlu nəticələrini ən qısa zamanda verməklə bu siyasətin doğruluğunu təsdiqləyirdi. Doğrudur, sahibkarlığa dəstək qeyd olunan dövrdən əvvəl də mövcud idi. Lakin son vaxtlar bu dəstəyin artırılması, daha dəqiq desək, sahibkarlar üçün daha geniş imkanların yaradılması, mövcud olan ən kiçik məhdudiyyətlərin belə aradan qaldırılması, hətta sahibkarların vergi, gömrük kimi bir çox rüsumlardan azad edilməsi, əvəzində sahibkarlıq subyektlərini daha da inkişaf etdirmələri üçün onlara subsidiyaların, kreditlərin ayrılması iqtisadi inkişaf dinamikasını sürətləndirdi. Nəticə isə göz qabağındadır və bu gün Azərbaycanın iqtitisadi inkişafı qlobal hesabatlarda öz əksini tapır.

İstər Dünya İqtisadi Forumu (DIF), istərsə də “Doing Business” kimi beynəlxalq hesabatlarda irəliləyişi şərtləndirən sözsüz ki, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, təkmilləşdirilməsi və iqtisadi sahədə fasiləsiz olaraq əsaslı islahatların aparılmasıdır. İqtisadi inkişafı daha da gücləndirmək, ərzaq təhlükəsizliyi məsələlərinə, insan kapitalına, məşğulluq məsələlərinə, daha dəqiq desək işsizliyin aradan qaldırılmasına diqqət isə Azərbaycan hökuməti tərəfindən müvafiq kursa çevrilib və artıq öz müsbət nəticələrini verməkdədir.

Ölkəmizdə həyata keçirilən islahatlar öz səmərəsini verməli idi və görülən işlər də öz nəticəsini göstərdi

Dünya İqtisadi Forumunun növbəti hesabatının tamamilə yeni metodologiya əsasında hazırlanaraq, təqdim ediləcəyi bildiriləndə, Azərbaycanın bir çox göstəricilər üzrə ardıcıl olaraq yaxşı nəticələr göstərəyini, yenə də kifayət qədər üstün mövqedə dayanacağını şübhə altına alanların yanıldığı göz qabağındadır. Yeni metodologiya, yeni yanaşma Azərbaycanda aparılan iqtisadi siyasəti, dəyişiklikləri kölgə altına sala bilmədi. Yeni indiqatorlar əlavə olunsa da, tamamilə yeni metodla hesabat hazırlansa da ölkəmiz sözügedən hesabatda əksər indikatorlar üzrə yenə də üstün yerdə qərarlaşdı.

Azərbaycanın bir çox indiqatorlar üzrə mövqeyini yaxşılaşdırması heç də təsadüfi deyildi. Ölkəmizdə həyata keçirilən islahatlar öz səmərəsini verməli idi və görülən işlər də öz nəticəsini verdi. Ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün yaradılan münbit şərait, sahibkarlıq sübyektlərinə dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi, öhdəliklərdən azad edilməsi, dövlət vəsaitləri hesabına iş adamlarına, sahibkarlara subsidiyaların, güzəştli kredirlərin təqdim edilməsi ölkəmizin biznesin dinamikliyi reytinqi üzrə ön pillədə qərarlaşmasını şərtləndirir. Qeyri neft sektorunun daha da inkişaf etdirilməsi istiqamətində, istehsal, emal, xüsusən də kənd təsərrüfatı sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə dövlət tərəfindən göstərilən dəstək əlbəttə ki, diqqətdən yayınan deyil. Məhz elə buna görə də ölkədə biznes mühitinə yaradılan münbit şərait Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında öz əksini tapır.

Təbii ki, qlobal trendlərin nəzərə alındığı, yeni dövrün ilk Qlobal Rəqabətlilik Hesabatında da Azərbaycan bir neçə indikator üzrə yüksək nəticələrə haqlı olaraq layiq görülmsi onu deməyə əsas verir ki, gələcəkdə də bu nəticələrin daha yüksək nəticələrlə əvəz olunacağına zərrə qədər şübhə ola bilməz. Əvvəla ona görə ki, bu nəticələr Azərbaycanın gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə edəcəyinə yeni imkanlar və əsaslı zəmin yaradır. Digər tərəfdən, bu dinamika, inkişaf dinamikası açıq şəkildə özünü biruzə verir və əgər hər ilin nəticələri özündən əvvəlki ilin nəticələrindən daha üstündürsə, qlobal hesabatlarda hər il ölkəmizin qərarlaşdığı mövqe irəliləyişdən xəbər verirsə, deməli, ölkəmiz dinamik inkişaf yolundadır. Bu dinamika isə daha yüksək nəticələr, daha böyük irəliləyiş, daha üstün mövqelər vəd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə