Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə , Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında “2019-cu il dövlət büdcəsi haqqında”, "2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirəyı çıxarılıb. SİA-nın xəbərinə görə, iclasda Maliyyə naziri Samir Şərifov, vergilər naziri Mikayıl Cabbarov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev , Hesablama palatasının sədri Vüqar Güləhmədov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və digərləri iştirak edir.
Xatırladaq ki, artıq bu gündən etibarən Milli Məclisdə büdcə müzakirələrinə start verilib. Büdcə zərfi komitələrdə müzakirə edildikdən sonra layihənin parlamentin plenar iclasına tövsiyə olunacağı gözlənilir.
Daha sonra isə sənədlə bağlı noyabrın 13-14-15-23-30-da parlamentin plenar iclaslarının keçirilməsi və büdcə zərfinin 3 oxunuşda qəbul edilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB