Qara və əlvan metalların keyfiyyətini xüsusi komissiya araşdıracaq

Qara və əlvan metalların keyfiyyətini xüsusi komissiya araşdıracaq

Respublika ərazisində qara və əlvan metalların istehsalı və təkrar emalı müəssisələrində məhsulların keyfiyyətinə dövlət nəzarətini gücləndirmək məqsədilə komissiya yaradılıb. Komissiyanın tərkibi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarətdir.

Komitədən SİA-ya verilən xəbərə görə məqsəd insanların sağlamlığı, həyatının təhlükəsizliyinin daha etibarlı qorunması, qara və əlvan metalların istehsalı və təkrar emalı müəssisələrində dövlət nəzarətini gücləndirməkdir.

Monitorinqlər zamanı mövcud məhsulların seçilmiş nümunələrinin müvafiq laboratoriya sınaqları aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə