"TAP Gürcüstan iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcək"

"TAP Gürcüstan iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcək"

Gürcüstanın Neft və Qaz Korporasiyası (GNQK) İtaliya Baş nazirinin Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisinə razılıq verməsi ilə bağlı qərarına münasibət bildirib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, Korporasiya TAP-ın həyata keçirilməsi nəticəsində Gürcüstanın yüz milyonlarla kub metr tranzit qazı proporsional olaraq güzəştli qiymət əsasında əldə edəcəyini bildirib. Qeyd olunub ki, TAP layihəsinin planlaşdırılmış vaxtda başa çatdırılmasından sonra Bakı-Tbilisi-Ərzurum boru kəmərinin illik yüklənməsi yaxın illərdə 22 mlrd. kub metrə çata bilər.

Korporasiyadan vurğulanıb ki, TAP layihəsi Gürcüstan iqtisadiyyatının inkişafı və vətəndaşların rifahının yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə