9 ayda "Made in Azerbaijan" brendi altında 180 tədbir keçirilib

9 ayda "Made in Azerbaijan" brendi altında 180 tədbir keçirilib

"Made in Azerbaijan" brendi altında 2018-ci ilin 9 ayı ərzində AZPROMO 180 tədbir keçirib. Onlardan 155-i Azərbaycanda, 25-i isə xaricdə təşkil edilib. SİA xəbər verir ki, bu barədə oktyabrın 31-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) 9 aylıq fəaliyyətinə həsr olunan mətbuat konfransında AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.

Həmçinin qeyd olunub ki, son 9 ay ərzində AZPROMO tərəfindən 9 təlim seminarı keçirilib. Seminarlar beynəlxalq bazarlara çıxış, ixrac olunan ərzaq mallarının sertifikatlaşması və digər mövzularda olub.

AZPROMO rəhbəri onu da əlavə edib ki, bu dövr ərzində Çində, Ukraynada, Latviya və Belarusda "Azərbaycan ticarət ev"ləri açılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə