Azərbaycan turizm sahəsində Gürcüstandan çox qazanc əldə edib
Amerikanın reytinq agentliyi “Howmuch" ötən il turistlərin müxtəlif ölkələrə səfərləri zamanı xərclədiyi pulla bağlı araşdırma aparıb. SİA-nın xəbərinə görə, araşdırma zamanı yalnız turistlərin pul xərcləməsi deyil, onların sayı da müəyyənləşdirilib. Məlum olub ki, çoxlu sayda turist qəbulu ev sahibliyi ölkənin çox pul qazanacağı anlamına gəlmir.
Cənubi Qafqazda turizmlə bağlı liderliyə sahib olan Azərbaycan və Gürcüstan buna nümunə ola bilər. "Howmuch"ın məlumatına görə, ötən il Azərbaycana 2 milyon 454 min turistin səfər etməsi nəticəsində ölkə 3 milyard dollar qazanıb. Lakin Gürcüstana daha çox sayda turist səfər etsə də, ölkə 2 milyard 751 milyon dollar gəlir əldə edib.
SSRİ ölkələri arasında ən çox turist axını Rusiya Federasiyasına olub ki, bunun nəticəsində ölkə 8 milyard 945 milyon dollar qazanc qazanıb. Daha sonra liderliyi Azərbaycan və Gürcüstan tutur.

Beləliklə, postsovet məkanında Azərbaycan turizmdən əldə olunan gəlirlər baxımından ikinci yerdədir. Gürcüstanda turistlərin sayı çox olsa da, Azərbaycan bu sahədən daha çox qazanıb.
Türkiyə Respublikası ötən il turizm sahəsindən 22 milyard 478 milyon qazanaraq, 7 milyard 775 milyon üstünlüklə Misiri qabaqlayıb.
Reytinqin ilk onluğunda ABŞ 211 milyard dollar, İspaniya 68 milyard, Fransa 61 milyard, Tailand 57 milyard, Böyük Britaniya 51 milyard, İtaliya 44 milyard, Avstraliya 42 milyard, Almaniya 40 milyard, Makao 36 milyard, Yaponiya isə 34 milyard dollar qazanmaqla yerləri bölüşdürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB