Küveyt ABŞ-a neft tədarükünü dayandırıb

Küveyt ABŞ-a neft tədarükünü dayandırıb

Küveyt sentyabr ayında ABŞ-a neft tədarükünü sıfıra endirib. SİA-nın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, bu 1992-ci ildən indiyədək Küveytin İraqla münaqişəyə görə neft ixracını dayandırmasından sonra ilk qərardır.

Agentliyin məlumatına görə, Küveyt ABŞ-dan Asiyaya göndərilən tədarükü sadəcə olaraq neftə olan tələbatını əks etdirir.

“İrana qarşı sanksiyalar digər istehsalçıların bu sahədə ABŞ-dan cəlb edici olan Asiyaya daha çox neft satmasına imkan verir”, - deyə yazıda qeyd olunur.

“Bloomberg”in məlumatına görə, Küveyt neftini bir barelə görə Asiyaya 80, ABŞ-a isə 79 dollara satır.

Agentliyin verdiyi məlumata görə, Küveyt 2012-2014-ci illəri arasında ABŞ-a neft ixracatını artıraraq gündə 400 min barel neft tədarük edirdi.

Hazırda, Küveytin ixrac neftinin 80 faizi Asiyaya göndərilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə