AZAL daha 14 şəhərə uçuşlar həyata keçirəcək

AZAL daha 14 şəhərə uçuşlar həyata keçirəcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL) daha 14 şəhərə Bakıdan uçuşlar həyata keçirəcək. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, AZAL Bakıdan Tokio, Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi, Qahirə, Düşənbə və digər iri şəhərlər kimi yeni istiqamətlərə uçuşları yerinə yetirəcək.

Yeni reyslərin açılması nəzərə alınmaqla, 2020-ci ilin sonuna Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi ildə 7 milyon sərnişindən artıq olmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə