Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan bəzi ölkələrlə (OPEC+) əldə olunan neft hasilatının azaldılmasına dair sazişə iyul ayında 109 faiz əməl edilib. SİA xəbər verir ki, bu barədə OPEC məlumat yayıb. Bildirilir ki, OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsi (JMMC) neft bazarındakı hadisələri izləməkdə davam edir: “Əməkdaşlıq Bəyannaməsi”ndə iştirak edən ölkələrin sazişə əməletmə səviyyəsi bu ilin iyul ayında 109 faiz olub. Komitə üzv ölkələrin iyul ayı ərzində kollektiv fəaliyyətindən məmnundur. Həmçinin, mövsümi amillər nəzərə alınmaqla tələb və təklif arasındakı tarazlıq bazarın əsas şərtləri ilə uyğunlaşır”.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB