Aİ rəsmisi: “İranla iqtisadi əlaqələrin artırılmasının tərəfdarıyıq”

Aİ rəsmisi: “İranla iqtisadi əlaqələrin artırılmasının tərəfdarıyıq”

“Nüvə razılaşmasına sadiq qalan İranla iqtisadi əlaqələrin artırılmasının tərəfdarıyıq”. SİA-nın verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Yeni Zelandiyaya səfəri zamanı bildirib.

O qeyd edib ki, bu razılaşma həm bölgənin, həm də dünyanın təhlükəsizliyinin təminatını verir: “Razılaşmanın İran xalqına qazandırdığı iqtisadi gəlirlərin davam etməsi və bu ölkənin anlaşmaya sadiq qalması üçün əlimizdən gələnin ən yaxşısını edirik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə