Zahid İsayev: "İstehlakçılar öz hüquqlarını bilməli və onların fəal müdafiəçisi olmalı, sahibkarlar isə istehlakçı hüquqlarının müdafiəsi sahəsində vəzifələrinə ciddi əməl etməlidirlər"
İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (ASİHMDX)təşkilatçılığı ilə noyabrın 30-da Xırdalan şəhərində "İstehlakçı hüquqlarının qorunmasında sahibkarların vəzifələri" mövzusunda konfrans keçirilib. İİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə dövlət qurumları, ictimai təşkilatların nümayəndələri, həmçinin Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 150-ə yaxın sahibkar iştirak edib.
Tədbiri giriş sözü ilə açan ASİHMDX-nin rəisi Zahid İsayev bildirib ki, dövlət başçısı tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında davamlı inkişaf təmin olunub, Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider dövlətlərdən birinə çevrilib və əhalinin sosial rifahı daha da yaxşılaşdırılıb: "Əhalinin gəlirlərinin yüksəlməsi insanların müxtəlif mallara və xidmətlərə olan tələbatını artırıb. İstehlakçılar öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlayıblar. Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sistemi yaradılıb, bu sahəni tənzimləyən bir sıra normativ hüquqi aktlar qəbul olunub".
Zahid İsayevin sözlərinə görə, Dövlət Xidməti tərəfindən keyfiyyətsiz məhsulların satışının qarşısının alınması, istehlakçıların və sahibkarların maarifləndirilməsi istiqamətində bir sıra tədbirlərin görülməsinə baxmayaraq, istehlak bazarında hələ də keyfiyyətsiz məhsulların satılması hallarına rast gəlinir: "Bu ilin 10 ayı ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1292,5 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılıb. Bu məhsulların 284,8 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 614,9 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb, 359,5 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan olunub, 3 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir. Bu dövrdə yuxarıda qeyd edilən səbəblərdən 376,5 ton qeyri-ərzaq malları satışdan çıxarılıb, bu malların 142,8 tonu məhv edilib, 223,8 tonu müvafiq qaydada etiketləndikdən sonra satışa qaytarılıb, 9,9 tonu ilə bağlı isə araşdırmalar aparılır".
2010-cu ilin yanvar-oktyabr ayları ərzində qanun pozuntusuna yol verən sahibkarlıq subyektləri barəsində Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 1436 qərar qəbul olunub və inzibati xətaya yol verən şəxslər 2 mln. manatdan artıq cərimə edilib.
Zahid İsayev onu da qeyd edib ki, İstehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirləri də xüsusi əhəmiyyətə malikdir: "İstehlakçılar öz hüquqlarını bilməli və onların fəal müdafiəçisi olmalı, sahibkarlar isə istehlakçı hüquqlarının müdafiəsi sahəsində vəzifələrinə ciddi əməl etməlidirlər".
Konfransda ASİHMDX-nin nümayəndələri aşağıdakı mövzuları müzakirə edərək iştirakçıların suallarını cavablandırıblar:
1-İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr
2-Qüsurlu mal satılarkən istehlakçının hüquqlarının təmin edilməsində sahibkarların vəzifələri
3-İstehlakçı hüquqlarının pozulmasına görə məsuliyyət
4-İstehlakçıların keyfiyyətli və təhlükəsiz mallarla təmin edilməsində sahibkarların vəzifələri
Qeyd edək ki tədbirdə istehlakçı hüquqlarına dair müxtəlif broşurlar və yaddaş kitabçaları paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB