Gürcüstanın valyuta ehtiyatları azalıb

Gürcüstanın valyuta ehtiyatları azalıb

Cari ildə Gürcüstanın valyuta ehtiyatları təqribən 34 milyon dollar azalıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb. Bildirilib ki, ölkənin valyuta ehtiyatları 2017-ci ildə 3,039 milyard dollar olub. Bu, 2016-cı illə müqayisədə 282 milyon dollar çoxdur. Lakin cari ildə milli valyuta ehtiyatları xeyli azalıb və iyun ayının 1-nə 3,016, iyulun 1-nə isə 3,005 milyard dollara enib.

Qeyd edilib ki, Milli Bank 2017-ci ildə valyuta bazarından 129,75 milyon dollar aldığı halda, bu ilin 6 ayında 50 milyon dollar alıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə