Milli Məclisin növbədənkənar son plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə dəyişiklik qəbul olunub. SİA-nın xəbərinə görə, dəyişikliklərə əsasən dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barrelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 dollar artırılaraq 55 dollara çatdırılıb.
Buna müvafiq olaraq büdcədə digər istiqamətlər üzrə xərclər artırılıb.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB