Keçən il Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin xam neft ixracı 1,6 faiz azalıb. SİA xəbər verir ki, bu barədə OPEC-in illik statistik hesabatında deyilir. Bildirilir ki, 2017-ci ildə OPEC-ə üzv ölkələrin neft ixracı illik göstəricidə 406 min barrel və ya 1,6 faiz azalaraq sutkalıq 24,8 milyon barrel təşkil edib. Ötən illərdə olduğu kimi, kartelə üzv ölkələrin ümumi ixracının əsas hissəsi, yəni 62,6 faizi – gündəlik 15,5 milyon barreli Asiya və Sakit okean regionunun payına düşüb.
“Ötən il Avropaya böyük həcmdə neft ixrac olunub. Qitənin OPEC-ə üzv ölkələrdən neft idxalı 2016-cı ildəki gündəlik 4,4 milyon barreldən 2017-ci ildə sutkalıq 4,64 milyon barrelə yüksəlib. Hesabat ilində Şimali Amerika isə kartelə daxil olan ölkələrdən gündəlik 3,21 milyon barrel neft idxal edib. Bu göstərici 2016-cı illə müqayisədə gündəlik 82 min barrel və ya 2,5 faiz azdır”, - deyə hesabatda qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB