"Vergi qanunvericiliyində islahatlar aparılacaq" AÇIQLAMA

"Vergi qanunvericiliyində islahatlar aparılacaq" AÇIQLAMA

Azərbaycanın vergi qanunvericiliyində islahatlar aparılacaq. SİA-nın verdiyi məlumata görə, bu barədə vergilər naziri Mikayıl Cabbarov Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.

O bildirib ki, bu islahatları biznes subyektlərinin inkişafına yönəltməyə çalışacağıq. Sahibkarlıq fəaliyyətinin şaxələndirilməsi yönündə işlər görüləcək.

Nazir qeyd edib ki, ötən ilin 4 ayı ilə müqayisədə bu ilin 4 ayında vergi yoxlamaları 40 faiz azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə