Komitə sədri: "Bu məsələlər sahibkarlığın inkişafına mane olur"

Komitə sədri: "Bu məsələlər sahibkarlığın inkişafına mane olur"

"Azərbaycanda təhsil xərclərinin strukturuna baxılmalıdır". SİA-nın xəbərinə görə, bu fikiriləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası müzakirələri zamanı deyib.

Ölkədə peşə texniki təhsilin yaradıldığını qeyd edən komitə sdəri söyləyib ki, bunun üçün büdcədən daha çox maliyyə ayrılmaldır: "Çünki bu, gələcəkdə məşğulluğun artmasına gətirib çıxaracaq”.

Dövlət büdcəsindən maliyyələşən təsərrüfatların olduğunu deyən Z.Səmədzadə qeyd edib ki, elə məsələlər var ki, onlar sahibkarlığın inkişafına mane olur: “Bunlar aradan qaldırılmalıdır. Özəl sektor sosial məsuliyyəti artırılmalı, banklarla bağlı problemlər həll olunmalıdır. Belə olan halda, dövlətin üzərinə düşən yük yüngülləşsin”.

Z.Səmədzadə söyləyib ki, Azərbaycanda vergidən azadolmaların araşdırılmasına ehtiyac var: "Azadolmaların iqtisadi artıma təsiri qiymətləndirilməlidir. Düşünürük ki, bunun nəticəsində vergi yığımı bazası genişlənə bilər. Hazırda bəzi sahələr var ki, bugünki mərhələdə azadolmaya ehtiyac yoxdur. Vergidən azadolmalar araşdırmalıdır. Azadolmaların obyektiv qiymələndirilməsi aparıldıqdan sonra hökumət qarşısında müəyyən məsələ qaldıra bilər. Azadolmalar nəticəsində hansı məbləğin itirilməsi müəyyənləşə bilər. Bizdə yeni iqtisadiyyat qurulur. Sənayeləşməni uğurla aparırıq. Bunun üçün də azadolma olmalıdır. Lakin burada əsas məsələ əhalinin sosial rifahı və yeni avdanlıqlar olmalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə