"Cənub Qaz Dəhlizinin açılması böyük əhəmiyyətə malik hadisədir"

"Cənub Qaz Dəhlizinin açılması böyük əhəmiyyətə malik hadisədir"

Azərbaycan Asiya ilə Avropa arasında karbohidrogenlərin nəqlində strateji əhəmiyyətə malik ölkədir. Bunu Meksika Milli Neft İnstitutunun rəhbəri Ernesto Rios Patron jurnalistlərə açıqlamasında söyləyib.

Azərbaycanın və Meksikanın neft hasilatçıları olduqlarını deyən Ernesto Rios Patron bildirib ki, bu amil ölkələri bir-birinə daha da yaxınlaşdırır. Meksika Milli Neft İnstitutunun rəhbəri qeyd edib ki, ölkələrimiz arasında neft-qaz sənayesi sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur.

Cənub Qaz Dəhlizinin açılmasını böyük əhəmiyyətə malik hadisə adlandıran Ernesto Rios Patron bir çox ölkələrin bu layihədə iştirakda maraqlı olduğunu bildirib. O, rəhbərlik etdiyi qurumun bir çox sahələrdə əməkdaşlıqla bağlı SOCAR ilə danışıqlara başladığını da diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə