Azərbaycan “Özbəkistanın neft və qazı-OGU 2018” beynəlxalq sərgi və konfransında təmsil olunub
Daşkənddə “Özbəkistanın neft və qazı-OGU 2018” beynəlxalq sərgisi və eyniadlı konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, sərgi və konfransa dünyanın 25-ə yaxın ölkəsindən neft və qaz şirkətlərinin nümayəndələri, alimlər, ekspertlər qatılıblar.
Tədbirlərdə SOCAR-ın vitse-prezidenti Bəhram Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti, “BP Azerbaijan” şirkətinin vitse-prezidenti Qreq Raylinin rəhbərliyi ilə nümayəndələr, həmçinin “Azərneftmaş” zavodunun təmsilçiləri iştirak ediblər.
Azərbaycan şirkətləri öz stendlərində müxtəlif reklam-çap materialları nümayiş etdirib, iştirakçılara bu barədə məlumat verilib, onlara açıqcalar paylanılıb. Sərgi çərçivəsində Azərbaycan nümayəndələri bir sıra şirkətlərin təmsilçiləri ilə əməkdaşlıq haqqında danışıqlar aparıblar. Sərginin açılışında Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB