İspaniyanın Barselona şəhərində Dünya Memarlıq Festivalı keçirilib. Festival çərçivəsində keçirilən müsabiqənin "Ən yaxşı istehsalat, enerji və təkrar emalı binası" kateqoriyasında Yevlax rayonunda yerləşən "Azərtoxum" MMC-nin inzibati-təsərrüfat kompleksi qalib gəlib. Bu barədə SİA-ya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilib. Kompleksin layihəsinin dizaynını tərtib edən Türkiyənin TOCA şirkəti mükafat ilə təltif olunub. Memarlığın müasir nailiyyətlərindin biri olan bu layihə dünyanın ən tanınan memarları və bu sahənin məşhur mütəxəssisləri tərəfindən 61 ölkəni təmsil edən 500-dən artıq iştirakçı arasından seçilib.
Qeyd edək ki, "Azərtoxum" MMC Yevlax rayonunda 7 hektarlıq ərazidə yerləşir. Kompleks 14 oktyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən açılıb. Əhalinin və fermerlərin superelit, elit və yüksək reproduksiyalı taxıl toxumları ilə təmin edilməsi üçün Yevlax rayonunda müasir tələblərə cavab verən toxumçuluq təsərrüfatı məqsədilə yaradılan bu kompleks ölkədə yeni və yeganə inteqrasiya olunmuş toxum təsərrüfatıdır. Saatda 100 ton taxıl və 9 ton toxum təmizləmək və saatda 36 ton taxıl qurutmaq gücünə, habelə taxıl saxlama gücü 15,000 ton, toxum saxlama gücü isə 10,000 tona malik olan müəssisə daimi olaraq 160 nəfər işçini işlə təmin edir. "Azərtoxum" MMC-nin təsisçiləri Türkiyə və Azərbaycanın özəl sektorundan olan sahibkarlar və Azərbaycan İnvestisiya Şirkətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB