Rusiya Federasiyasının Prezidenti Vladimir Putin hakimiyyətin üzvləri ilə görüşündə ölkədə vacib məsələlərdən biri olan əmək haqlarından danışıb. O, vətəndaşların real gəlirlərinin yaxın zamanlarda artacağını açıqlayıb. SİA-nın xəbərinə görə, rəsmi Kremlinin saytında bildirilir ki, ölkə başçısı bunun üçün yaxşı baza olduğunu söyləyib.
Putin açıqlamasında deyib ki, iqtisadiyyatın ümumi sabitliyinin artmasını vacib məsələlərdən biri hesab edir: “Dövlət sektorunda əmək haqqının, müəllimlərin, həkimlərin və digər sahələrdə çalışan işçilərin nüfuzunun artması ölkənin gələcəyini müəyyənləşdirir və bu sahənin işçilərinin əmək haqqı artmalıdır və artmağa davam etməlidir.”
Qeyd edək ki, əmək haqlarının 2018-ci ildə 13-15 faiz artacağı bildirilib.
Rusiya Federasiyasında illik inflyasiya aprel ayında 2,4 faizə qədər artıb.
Dövlət müəssisələrində işləyənlərin əmək haqları mart ayında 9 faizə qədər artıb.
May ayında müəllimlərin, həkimlərin universitet işçilərinin orta əmək haqlarının 100-200 faizə qədər artacağı qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB