Azercell beynəlxalq mükafata layiq görülüb

Azercell beynəlxalq mükafata layiq görülüb
Azərbaycan mobil rabitə operatoru Azercell Telekom şirkəti keyfiyyət üzrə Business Initiative Directions (BİD) təşkilatı tərəfindən təsis edilmiş beynəlxalq "İnternational Star" mükafatına layiq görülüb. SİA-nın məlumatına görə, mükafat 1996-cı ildən etibarən təqdim edilir. İndiyə kimi dünyanın 178 ölkəsində fəaliyyət göstərən müxtəlif şirkətlər "İnternational star" mükafatı ilə təltif olunublar. Bu dəfə keyfiyyətə görə mükafat 54 ölkəni təmsil edən şirkətlərə təqdim olunub. Onu da qeyd edək ki, BID dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən şirkətlərin idarəetmədə əldə etdiyi uğurlara görə "İnternational Star" mükafatını təqdim edir. Təşkilat həmçinin, yeni texnologiyaların inkişafı, avadanlığın təkmilləşdirilməsi və işçi heyətin təlimləndirilməsi istiqamətinə də xüsusi diqqət verir.

Bütün xəbərlər Facebook səhifəmizdə