Ötən ay BTC kəməri vasitəsilə 3 milyon 209 min 496 ton Azərbaycan nefti nəql olunub

Ötən ay BTC kəməri vasitəsilə 3 milyon 209 min 496 ton Azərbaycan nefti nəql olunub
2010-cu ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 3 milyon 209 min 496 ton Azərbaycan nefti nəql olunub. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, cari ilin yanvar-oktyabr aylarında bu kəmərlə 31 milyon 173 min 299 ton neft ötürülüb.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2010-cu il noyabr ayının 1-ə qədər BTC-yə 137 milyon 710 min 567 ton neft vurulub. Bundan başqa, cari ilin oktyabr ayında BTC kəməri ilə 200 min 879 ton ton Türkmənistan nefti nəql olunub. 2010-cu ilin yanvar-oktyabr aylarında isə bu göstərici 856 min ton təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə