"Həyata keçirdiyimiz layihələr Avropanın və Asiyanın inkişafında da mühüm rol oynayır"

"Həyata keçirdiyimiz layihələr Avropanın və Asiyanın inkişafında da mühüm rol oynayır"

Azərbaycan, Gürcüstan və Türkiyə strateji tərəfdaş olaraq birgə həyata keçirdikləri irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələri həyata keçirirlər. Bu layihələr təkcə bu üç ölkənin deyil, Avropanın və Asiyanın inkişafında mühüm rol oynayır. Bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Giorgi Çerkezişvili jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini deyib ki, Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Gürcüstan şöbəsinin açılması, əslində, hər üç ölkənin iqtisadi maraqlarına xidmət edir.

“MÜSİAD xarici investisiyaların cəlb olunmasında mühüm rol oynayır. Düşünürəm ki, bu qurumun Azərbaycan, Gürcüstan və Türkiyədəki şöbələrinin köməyi ilə biz iqtisadiyyatımıza daha çox sərmayə cəlb edə biləcəyik. Bu, həm də daha irimiqyaslı layihələr həyata keçirməyimizə imkan yaradacaq”, - deyə G.Çerkezişvili vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə