İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı BakınınSuraxanı rayonunun Yeni Günəşli qəsəbəsində
Yaşayış sahəsi D ünvanında yerləşən "Ceyhun market"də;
Yaşayış sahəsi V ünvanında "Halal market", "Orxan market"də, Adil Qaytaranova və Zülfüqar Abdullayevə məxsus mağazalarda;
Yaşayış sahəsi V, 4041-ci məhəllə ünvanında Əziz Musayevə məxsus mağazada;
Binəqədi rayonunda
M.Cəlal küçəsi, 115 ünvanında yerləşən "Ayxan market"də;
Azadlıq prospekti, 157 ünvanında yerləşən "Albalı market"də;
C.Hacıbəyli küçəsi, 68 ünvanındakı "Sənan market"də;
M.Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsi, ev 15 ünvanında Şamil Məmmədova məxsus mağazada;
Ş.Rəhimov küçəsi, ev 51, mənzil 2 ünvanında Nurulla Hüseynova məxsus mağazada;
ümumi çəkisi 177 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, balıq və digər dəniz məhsulları, un məmulatları, yağlar, tamlı məhsullar, dənli məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB