İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, 152 ünvanında Telman Əzimova məxsus mağazada aparılan yoxlama zamanı üzərində İranda istehsal edildiyi göstərilən "Zarrin", "Rozhida" adlı 50,5 kq, həmçinin üzərində istehsalçısı barədə heç bir məlumat qeyd edilməyib "Azəri plastik", "Qayğı plastik", "BMW", "Elif plastik" adlı 358,8 kq polietilen torbaların uyğunluq və gigiyenik sertifikatlarının, habelə müşayətedici sənədlərinin olmadığı müəyyən edilib.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar, Dövlət Xidməti tərəfindən mənşəyi bəlli olmayan 409,3 kq polietilen torbalarının məhv edilməsi barədə Telman Əzimova icrası məcburi göstəriş verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB