İtirilmiş elektrik enerjisinin 7,3 min manatdan çox istehlak dəyəri bərpa edilib

İtirilmiş elektrik enerjisinin 7,3 min manatdan çox istehlak dəyəri bərpa edilib

"Göygöl", "Qazax" və "Gədəbəy" paylayıcı elektrik şəbəkələrinin əməkdaşları tərəfindən də elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.

"Azərenerji" ASC-nin Mətbuat xidmətindən SİA-ya verilən məlumatda belə deyilir. Göygöl paylayıcı elektrik şəbəkəsində cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 10 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 34,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 2,1 min manata yaxın istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 71 faizdən artıq hissəsinin ödənişi təmin edilib. O cümlədən, 2010-cu ilin 9 ayı ərzində aşkar edilmiş 116 qayda pozuntusuna görə 793,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 47,6 min manatdan artıq istehlak dəyəri bərpa edilib.

Qazax paylayıcı elektrik şəbəkələrində isə cari ilin may ayında keçirilmiş reydlər zamanı 40 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilib. Aktlar üzrə hesabat aparılaraq 123,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 7,3 min manatdan çox istehlak dəyəri bərpa edilib.

Hesabat ayında həmin bu məbləğin 73 faizə yaxın hissəsinin ödənişi təmin edilib. Onu da qeyd edək ki, 2010-cu ilin 9 ayı ərzində müəssisə üzrə 90 qayda pozuntusu aşkar edilərək 498 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin (29,9 min manatın) isə 76 faizinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. O cümlədən, Gədəbəy paylayıcı elektrik şəbəkələrində də cari ilin ötən 9 ayı ərzində keçirilmiş reydlər zamanı 45 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 124 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 7,4 min manatdan çox istehlak dəyəri bərpa edilib.

Müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 47 faizinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilib. O cümlədən, 2010-cu ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 4 qayda pozuntusu faktı aşkar edilərək 10,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 57 faizdən çox hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində Göygöldən 8, Qazaxdan 2 və Gədəbəydən 1 istehlakçı barəsində toplanmış sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə