Cari ildə əhalinin banklardakı əmanəti 34.4 faiz artıb

Cari ildə əhalinin banklardakı əmanəti 34.4 faiz artıb
Əhalinin banklardakı əmanətlərinin məbləği cari ilin sentyabr ayının 1-nə 2,7 milyard manata çataraq 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 34,4 faiz artıb. Bu barədə SİA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Milli valyuta ilə vəsait qoyuluşu 1187,0 milyon manat, xarici valyuta ilə qoyulan əmanətlərin məbləği isə 1533,8 miyon manat olub.

Kredit qoyuluşuna gəlincə isə bü müddət ərzində ölkə iqtisadiyyatına ötən ilin yanvar-avqust aylarında olduğundan 15,2 faiz çox və ya 8,8 milyard manat məbləğində kredit yönəldilib. Kreditlərin 2,5 milyard manatı qısa müddətə, 6,3 milyard manatı isə uzun müddətə verilib, 4,8 faizinin, yaxud 423,7 milyon manatının ödəmə vaxtı keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə