Bakı Metropoliteninə 36,5 mln. manat dövlət investisiyası yatırılıb

Bakı Metropoliteninə 36,5 mln. manat dövlət investisiyası yatırılıb

2017-ci ildə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu üzrə ayrılmış 36,5 mln. manat vəsait hesabına "Bakı Metropoliteni" QSC-nin “Dərnəgül” elektrik deposunun, III yeni xəttin “Xocəsən deposu” – “Avtovağzal”, “B-3”, “B-4”, “B-5” sahələrinin, Bakı metropoliteni xətlərinin IV növbəsinin “Xətai” – “H.Aslanov-2” – “Yeni Günəşli” sahəsinin tikintisi davam etdirilib.

SİA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabatda qeyd olunub ki, ötən il istismarda olan “Xətai – C.Cabarlı” mənzil tunellərində sağlamlaşdırma işləri aparılıb, “Xətai” stansiyasının sağ tunelində işlər başa çatdırılıb, sol tunelində isə işlər davam etdirilib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə