Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.
SİA-nın məlumatına görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin arxa sol "qanadının" içərisində 49 ədəd müxtəlif markalı telefonlar, qabaq sol "qanadında" isə həmin telefonlara aid 49 ədəd qutu aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB