Meksikanın cənubunda 7.5 bal gücündə zəlzələ baş verib.
SİA xəbər verir ki, bu barədə “Reuters” ABŞ Geoloji Tədqiqat Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, zəlzələdən sonra paytaxt Mexikoda binalar silkələnib, sakinlər gurultu səsləri eşidib.
Zəlzələdən sonra bir milyona yaxın ev və təsərrüfat obyekti işıqsız qalıb.
Hal-hazırda zərərçəkənlər və dağıntılar barədə heç bir məlumat yoxdur. Zəlzələ ilə əlaqəli sunami xəbərdarlığı elan edilməyib.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB