Türkiyənin energetika naziri Albayrak 45 milyard dollardan çox sərmayə qoyulan Cənub Qaz Dəhlizi layihəsinin əsas mərhələsinin başa çatdığını bildirib. SİA xəbər verir ki, bu barədə Türkiyə mətbuatında geniş məqalələr dərc edilib.
Bildirilib ki, Azərbaycanın paytaxtı bakıda keçirilən Cənub Qaz Dəhlizi idarə heyətinin Məşvərət Şurasının IV iclasında iştirak edən Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Cənub Qaz dəhlizinin əhəmiyyətli mərhələlərinin tamamlandığını ifadə edib. Albayrak TANAP-ın keçən ay artıq testdən keçirildiyini və xəttin iyul ayından əvvəl açılacağını vurğulayıb: "TANAP Türkiyənin enerji təhlükəsizliyi, Milli Enerji və Mədən Strategiyası baxımından da əhəmiyyətli və həyati bir layihədir".
Türkiyənin Aralıq dənizidəki təbii ehtiyatlarının Avropa və dünya bazarlarına daşınması üçün də ən məqbul və ən rasional alternativ olduğunu söyləyən Albayrak bütün beynəlxalq tərəfdaşlara müraciət edərək bildirib ki, bu, fürsəti yaxşı dəyərləndirmək və bölgədəki gərginlikləri aradan qaldırmaq üçün əla vasitədir.
Albayrak son dövrdə Şərq Aralıq dənizinin əhəmiyyətli inkişafından danışaraq vurğulayıb ki, Türkiyə xüsusilə, Aralıq dənizi başda olmaq üzrə beynəlxalq hüquqdan qaynaqlanan bütün haqqlarını sonuna qədər istifadə edəcək. Türkiyə KKTC və Kipr türklərinin hüquqlarının da dəstəkçisi və müdafiəçisi olacaq. Türkiyə Kipr məsələsində ilk gündən bəri sağlam düşüncə ilə konstruktiv və ədalətli bir həll üçün məsuliyyət alan bir siyasət həyata keçirilir. Türkiyənin məsələyə sülhsevər yanaşması heç bir zaman passivlik olaraq görülməməlidir.
Terkiyə mətbuatı energetika naziri Berat Albayrakın Prezident İlham Əliyev tərəfindən səmimi qəbul edildiyindən də yazıb. Görüşdə iki ölkənin həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Trans Anadolu Təbii qaz Boru Xətti (TANAP), Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələr müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyev TANAP layihəsinin tamamlanmaq üzrə olduğunu, yaxın zamanda Şahdəniz 2 yatağından çıxarılacaq təbii qazın bu xətlə nəql ediləcəyini vurğulayıb.
Prezident İlham Əliyev 2012-ci ildə TANAP layihəsi üçün atılan imzanın tarixi hadisə olduğunu bildirib və yalnız Azərbaycanın təbii qazı deyil, eyni zamanda Xəzərin şərq hissəsi olan ölkələrində Cənub dəhlizi ilə enerji ehtiyatlarının daşınacağını bildirib. Prezident İlham Əliyev TANAP-ın təxminən 95 faizi və TAP layihəsinin 66 faizinin başa çatdığını deyib. Deməli bununla Cənubi Qafqaz Boru Kəməri 95%, Trans Anadolu Təbii qaz boru kəməri 95%, Trans Adriatik boru kəməri (TAP) 66% yekunlaşıb.
Nazir Albayrak Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç, Gürcüstan baş nazirinin birinci müavini Dimitri Kumsişvili və BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qəri Counz (Gary Jones) ilə də görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB