Neftin qiyməti yenə qalxıb
Dünya birjasında neftin qiyməti yenə də artımla müşahidə olunub. SİA-nın məlumatına görə, neftin qalxmasına səbəb dolların nisbətən aşağı düşməsidir. Nyu-York əmtəə birjası NYMEX-də Light Sweet Crude Oil markalı neftin noyabr fyuçerslərinə olan qiyməti 0,58 dollar artaraq 1 barelə görə 82,52 dollar olaraq müəyyənləşib. London əmtəə birjasında isə ICE Futures-də Brent Crude Oil markalı neftin qiyməti 0,58 dollar yüksələrək 83,54 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə