Nağdsız ödəniş “BakıKart” vasitəsi ilə həyata keçirilir

Nağdsız ödəniş “BakıKart” vasitəsi ilə həyata keçirilir

Bakı şəhərində ictimai nəqliyyatda nağdsız ödəniş “BakıKart” vasitəsi ilə həyata keçirilir və yaxın vaxtlarda bu sistemlə bağlı hər hansı bir dəyişiklik, eləcə də alternativ ödəniş üsullarının tətbiqi ilə bağlı hər hansı bir yenilik nəzərdə tutulmayıb. Bunu nəzərə alaraq bildiririk ki, bu gün yerli elektron kütləvi informasiya vasitələrində bu mövzuda yayılan məlumat həqiqəti əks etdirmir. Qeyri müəyyən mənbəyə istinadən verilən məlumatın müvafiq dövlət qurumunun mövqeyi olmadan yayılması təəssüf doğurur. Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda deyilir.

Bildirilir ki, KİV nümayəndələrindən qeyri-müəyyən mənbələrdən əldə etdikləri məlumatlar əsasında xəbər hazırlayarkən müvafiq dövlət qurumları ilə dəqiqləşdirmələr aparmalarını xahiş edirik.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə