Fərid Abdulqəniyev iqtisadiyyat naziri oldu

Fərid Abdulqəniyev iqtisadiyyat naziri oldu

Tatarıstanın prezidenti Rüstəm Minnixanov yeni iqtisadiyyat naziri təyin edib. Belə ki, dövlət başçısı bu günə qədər ekologiya və təbii sərvətlər naziri vəzifəsində çalıan Fərid Abdulqəniyevi iqtisadiyyat naziri təyin edib. Bu barədə SİA Rusiya mətbuatına istinadən xəbər verir.

"Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov bu gün bir sıra kadr dəyişikliyini edib. Belə ki, Zdunov Artem Alekseyeviç başqa bir işə keçidlə əlaqədar olaraq Tatarıstan Respublikasının İqtisadiyyat Naziri vəzifəsindən azad edilib. Abdulqəniyev Fərid Sultan oğlu isə Tatarıstan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri vəzifəsindən azad edilərək, İqtisadiyyat naziri təyin olunub" - deyə, rəsmi məlumatda bildirilir.

Məlumat üçün nəzərinizə çatdıraq ki, 1976-cı ildə doğulan Abdulqəniyev Kazanın maliyyə və iqtisadiyyat, eləcə də Rusiyanın Xalqlar Dostluğu Universitetinin ekologiya fakültəsində təhsil alıb. Ailəlidir iki övladı var.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə