Rusiya daha çox valyuta alacaq

Rusiya Mərkəzi Bankı dövlət ehtiyatları üçün gündəlik valyuta alışı məbləğini rekord səviyyəyə qaldırıb. Bank 7 fevral - 6 mart tarixi arasında gündəlik 15,7 milyard rubl (277,39 milyon dollar) məbləğində valyuta alacaq.

7 fevral - 6 mart dövründə ümumilikdə 298,1 milyard rubl məbləğində valyuta alışı həyata keçiriləcək.

15 yanvar - 6 fevral dövründə gündə orta hesabla 15,1 milyard rubl məbləğində alış həyata keçirilib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə