Urmiya Universiteti elmi sahədə əməkdaşlıq üçün koordinasiya mərkəzi seçilib
İran və Ermənistanın Elm, Araşdırma və Texnologiya Birgə Komissiyasının ilk iclası keçirilib.
İran Elm. Araşdırma və Texnologiya Nazirliyinin müşaviri Hüseyin Salar Amoli iki ölkə arasında elmi əməkdaşlığın digər sahələrdə də əməkdaşlığa töhfə verəcəyini bildirib.
S. Amoli İran və Ermənistan arasında elmi əməkdaşlıqla bağlı "yol xəritəsi"nin hazırlanması üçün Urmiya Universitetinin elmi əməkdaşlıq koordinasiya mərkəzi olaraq müəyyən edildiyini açıqlayıb.
Ermənistan elm və təhsil nazirinin müavini Vahram Mekerdiçyan isə ölkəsinin "Baloniya prosesi"nə qatılmaq üzrə olduğunu və parlamentdə universitetlərin müstəqilliyini artıracaq yeni qanun layihələri qanun ediləcəyini nəzərə çatdırıb.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB