Tovuzda 4 otaqlı ev yanıb

Tovuzda yanğın hadisəsi qeydə alınıb.

Yanğın rayonun Böyük Qışlaq kəndində ümumi sahəsi 112 m2 olan ikimərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin birinci mərtəbəsində taxta konstruksiyalardan ibarət pilləkən 6 m2 sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə