Almaniya “Şimal axını 2”nin tikintisinə icazə verib

Almaniya “Şimal axını 2”nin tikintisinə icazə verib

Almaniya tərəfindən “Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəmərinin inşasına dair icazə verilib. Bu barədə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti məlumat yayıb. Bildirilir ki, şirkət “Şimal axını 2”nin tikintisi üçün Almaniyadan lazımi icazələri alıb. Almaniyanın Greifswald şəhərində təbii qazın qəbulu üçün terminalın tikintisinə də başlanacaq.

“Gazprom” şirkəti “Şimal axını 2” təbii qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlamışdı.

Qeyd edək ki, ümumilikdə 9,5 milyard dollara başa gələcək və 1220 kilometr uzunluğundakı “Şimal axını 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik olacaq. “Gazprom” yanaşı, “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarındandır.

Bütün xəbərlər Facebook səhifəmizdə