Sahibkarlar Ağdamda Sənaye Məhəlləsinin yaradılması ilə bağlı iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər. SİA-nın məlumatına görə, bu təkliflə bu gün “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda sahibkar Rafiq Qarayev çıxışı zamanı deyib.
Qarabağ qazisi olduğunu xatırladan sahibkar bildirib ki, Qarabağ iqtisadi zonasından olan sahibkarlar 3 ildir ki, bu təkliflə bağlı İqtisadiyyat Nazirliyinə rəsmi olaraq müraciət edir: "Ancaq bu müddət ərzində heç bir müsbət cavab yoxdur. Bu gün bir çox sahibkar Ağdamda sənaye məhəlləsinin və ya sənaye parkının yaradılmasını istəyir”.
İqtisadiyyat naziri Şahin Mustafayev müraciət mütləq dəyərləndirəcəklərini və diqqətə aldıqlarını bildiriblər. Bu sahədə xeyli işlərin görüldüyünü, son zamanlar çoxlu sayda sənaye məhəllələrinin və sənaye parklarının yaradılması istiqamətində işlərin görüldüyünü xatırladıb: “Bununla belə, əgər sahibkarlar istəyirlərsə, belə bir təşəbbüs varsa bu məsələ ilə bağlı xüsusi görüş keçiriləcək. Ağdamda Sənaye məhəlləsinin yaradılması ilə bağlı bu təklif maraqlı və məqsədəuygundur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB