SOCAR-ın mədən ərazilərində 100 minədək ağaca aqrotexniki xidmətlər göstərilir
SOCAR-ın mədən ərazilərində 100 minədək müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir. “Ekol Mühəndislik Xidmətləri” QSC-dən AZƏRTAC-a bildirilib ki, müəssisənin Torpaqların Rekultivasiyası Departamenti SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) “Abşeronneft” neft və qazçıxarma idarəsinin (NQÇİ) mədən ərazisində (Pirallahı) ötən ilin sonunda 3 min 600 müxtəlif növ ağac və bəzək kolları əkərək buradakı ümumi ağacların sayını 26 min 300-ə çatdırıb.
Hazırda Torpaqların Rekultivasiyası Departamenti SOCAR-ın Qaz Emalı Zavodunun ərazisində 11 min 877, “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində 57 min 34, “Abşeronneft” NQÇİ-nin mədən ərazisində 26 min 300, H.Z.Tağıyev adına NQÇİ-nin mədən ərazisində (Qala) 4 min 420, departamentin inzibati binasının ərazisində (A-4 Zığ sahəsi) isə 4 min 553 ədəd müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərir. Beləliklə departamentin 1-ci və 2-ci sahələrində çalışan işçilər ümumilikdə 55,69 hektar sahədə 99 min 631 ədəd müxtəlif növ ağac, bəzək kolları və bitkilərə aqrotexniki xidmətlərin göstərilməsini həyata keçirirlər.
QSC-nin “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisində quraşdırılmış istixanasında isə 10 mindən çox müxtəlif növ ağac, ting və bəzək kollarının toxumlarına aqrotexniki xidmətlər göstərilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB