Ermənistanda bütün sahələr dərin böhran içindədir

Ermənistanda bütün sahələr dərin böhran içindədir

Ermənistan Mərkəzi Bankının rəhbərinin Ermənistanda pensiyaların səviyyəsinin Gürcüstan və Azərbaycandan yüksək olması barədə səsləndirdiyi fikir reallıqdan uzaq olmaqla, bütün sahələrdə dərin böhran içində olan Ermənistanda getdikcə daha da pisləşən sosial vəziyyət barədə heç bir əsas olmadan müsbət rəy yaratmağa yönələn mənasız cəhddən başqa bir şey deyil.

Bunu SİA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. O bildirib ki, bunu aydın şəkildə görmək üçün Moskvada yerləşən Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının MDB ölkələri üzrə 2017-ci ilə dair pensiyaların orta aylıq məbləği ilə bağlı açıqladığı göstəricilərə diqqət yetirmək kifayətdir.

2017-ci il üçün MDB ölkələrində orta aylıq pensiya məbləğləri

Ölkə Pensiyanın orta aylıq məbləği (ABŞ dolları ilə)

Rusiya 214,95

Qazaxıstan 201,45

Belarus 154,43

Azərbaycan 126,69

Moldova 82,07

Ermənistan 78,52

Qırğızıstan 73,17

Ukrayna 72,98

Gürcüstan 54,27

Tacikistan 31,03

Mənbə: Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə