"80 ölkə arasında 3-cü yerdə olmaq qürurvericidir" AÇIQLAMA
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrədəki işgüzar səfəri davam edir. Ölkə başçısı Forumun Prezidenti ilə görüşüb ölkəmizin Dünya İqtisadi forumu ilə səmərəli əməkdaşlıq barədə söhbət aparıblar”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, sayca 48-ci olan forumun əsas mövzuları beynəlxalq təhlükəsizlik, ətraf mühit və qlobal iqtisadiyyatdır: “Ümumilikdə isə hər ilin yanvarında İsveçrənin Davos şəhərində ənənəvi Dünya İqtisadi Forumunun keçirilməsi olduqca əhəmiyyətlidir. Bu forumda il ərzində dünya üçün əhəmiyyətli iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır”.
Eldəniz Səlimov qeyd edib ki, həmişə ölkə başçısı Dövlət İqtisadi Forumundan uğurlu nəticələrlə qayıdır, bu səfərdə uğurlu səfər olacaqdır. Ölkəmizin inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerdə olması qürurvericidir. Bu ölkə başçısının apardığı uğurlu islahatların nəticəsində mümkün olub. Bu uğurlar bu ildə davam edəcək daha yüksək nəticələr əldə olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB