Bu Forum ölkələrin inkişafı və əməkdaşlığı üçün bir vasitədir AÇIQLAMA
“Hər ilin yanvar ayında İsveçrənin Davos şəhərində ənənəvi Ümumdünya İqtisadi Forumu keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Onun sözlərinə görə, forumda il ərzində dünya üçün əhəmiyyətli iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır. Sayca 49-cu olan "Dünya İqtisadi Forumu ölkələrin inkişafı və əməkdaşlığı üçün bir vasitədir. Hesab edirəm ki, Azərbaycan həmin vasitədən uğurla istifadə edir. Forum çərçivəsində keçirilən ikitərəfli görüşlərdə əməkdaşlığın qurulması və ya genişləndirilməsi üçün yeni imkanlar axtarılır, həyata keçirilir. Bu baxımdan cənab Prezidentimiz İlham Əliyevin Forumda iştirakı olduqca əhəmiyyətlidir."
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB