Mənzil bazarında qiymət artımı müşahidə edilir. Bu sözləri SİA-ya açıqlamasında "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, təxminən 1 faizə yaxın qiymət artımı var: “Bu ilin birinci rübündə bir o qədər qiymət artımının olması gözlənilmir, lakin ilin ikinci yarısında çox güman ki, müəyyən qədər qiymətlər dəyişəcək.
2018- ci il üzrə təxminən 3-4 faiz qiymət artımı ehtimal edilir. Ümümiyyətlə götürdükdə tikinti materialları və enerji daşıyıcıları tikintinin maya dəyərində təxminən 40-42 faiz təşkil edir. Sementin müəyyən qədər bahalaşması maya dəyərinə olduqca təsir göstərir”.
Nüsrət İbrahimov daha sonra qeyd edib ki, sosial evlərin Bakı şəhərində tikilməsinə baxmayaraq, regionları hələlik əhatə etməyib. Ümumi tikinti həcmi o potensialı ödəmir, çünki il ərzində Azərbaycanda real potensial tələb 3 milyon kvadrat metrdən yuxarıdır. Dövlət Statistika Komitəsinin rəqəmlərinə baxsaq bu 2.2 milyon rəqəm təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB